2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin nəticələri

2019/2020-ci tədris ili üzrə tələbə seçimi müsabiqəsinin nəticələrinə əsasən SABAH qruplarına seçilmiş tələbələr bu barədə məlumatı www.student.sabah.edu.az saytında yerləşən şəxsi kabinetlərindən əldə edə bilərlər.

SABAH qruplarına seçilmiş tələbələr 6 AVQUST 2019-CU İL TARİXİNƏDƏK şəxsi kabinetə daxil olaraq müqavilə formasını təsdiqləməklə qeydiyyatdan keçməlidirlər.

DİQQƏT! MÜQAVİLƏ FORMASINI TƏSDİQLƏMƏMIŞ TƏLƏBƏLƏR SABAH QRUPLARINA QƏBUL OLUNMUŞ HESAB EDILMIRLƏR.

Məlumat üçün bildiririk ki, 2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin nəticələrinə əsasən "Memarlıq" (Azərbaycan bölməsi), "Kompüter mühəndisliyi" (İngilis bölməsi), “Elektroenergetika mühəndisliyi” (İngilis bölməsi), “Kimya mühəndisliyi” (İngilis bölməsi), “Neft-qaz mühəndisliyi” (İngilis bölməsi), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (İngilis bölməsi), "Biznesin idarə edilməsi" (İngilis bölməsi)  üzrə müsabiqədə iştirak etmiş tələbələrin sayı yetərli olmadığından həmin ixtisas və bölmə üzrə SABAH qrupları yaradılmamışdır.