2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsi açıq elan olunur!

SABAHIMIZ SIZ OLUN!

 

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar  üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. 

Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur. 

2019/2020-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin seçimi Qaydaları” ilə tanış  olmağınız tövsiyə olunur. 

Hazırki ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat tarixi haqqında məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz.

 

 S/S   ALI TƏHSIL MÜƏSSISƏSININ ADI SON QEYDIYYAT TARIXI
1. Azərbaycan Dillər Universiteti 19 may 2019
2. Azərbaycan Dövlət İqtisad Universiteti 19 may 2019
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 19 may 2019
4. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 19 may 2019
5. Azərbaycan Memarlıq və İnşaat Universiteti 19 may 2019
6. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 19 may 2019
7. Azərbaycan Texniki Universiteti 19 may 2019
8. Azərbaycan Dövlət Pedaqoji Universiteti 19 may 2019
9. Bakı Dövlət Universiteti 19 may 2019
10. Bakı Musiqi Akademiyası 19 may 2019
11. Bakı Mühəndislik Universiteti 19 may 2019
12. Azərbaycan Milli Konservatoriyası 17 may 2019
13. Azərbaycan Dövlət Pedaqoji Universiteti filialları (Şəki, Ağcabədi, Cəlilabad, Quba, Şamaxı) 17 may 2019
14. Azərbaycan Dövlət İqtisad Universiteti filialları (Zaqatala) 17 may 2019
15. Bakı Dövlət Universiteti filialları (Qazax) 17 may 2019
16. Bakı Slavyan Universiteti 17 may 2019
17. Sumqayıt Dövlət Universiteti 17 may 2019
18. Lənkəran Dövlət Universiteti 17 may 2019
19. Gəncə Dövlət Universiteti 17 may 2019
20. Azərbaycan Texnologiya Universiteti 17 may 2019
21. Mingəçevir Dövlət Universiteti 17 may 2019
22. Naxçıvan Dövlət Universiteti 17 may 2019
23. Naxçıvan Müəllimlər İnstitutu 17 may 2019

 

ELEKTRON ƏRİZƏYƏ KEÇ