2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi imtahanının tarixi elan olunur!

Hörmətli tələbələr,

SABAH qruplarına 2019/2020-ci tədris ili üçün tələbə seçimi müsabiqəsinin  birinci mərhələsi başa çatmışdır. 

Məlumat üçün bildiririk ki, bu mərhələdə 32 ixtisas üzrə 1977 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlamış, 1942 tələbənin ərizəsi təsdiqlənmiş, 35 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilmişdir. Hər üç halda, tələbələr email vasitəsilə məlumatlandırılmışdırlar. 

SABAH qruplarına 2019/2020-ci tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) 2 IYUN 2019-cu il tarixində keçiriləcəkdir. 

İmtahana buraxılış vərəqələrini 30 may tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetinizə daxil olaraq yükləyə və çap edə bilərsiniz.  

DİQQƏT! 

İmtahan iştirakçılarının nəzərinə:

  • İmtahan günü saat 9:00-dan gec olmayaraq imtahanın keçiriləcəyi yerdə olmalısınız.
  • İmtahana gələrkən özünüzlə mütləq “imtahana buraxılış vərəqəsi”nin çap versiyasını və şəxsiyyət vəsiqənizi gətirməlisiniz, əks hada imtahana buraxılmayacaqsınız.
  • İmtahan prosesində meydana çıxan hər hansı bir problemlə əlaqədar imtahan otağındakı nəzarətçiyə müraciət etməlisiniz.

İMTAHAN GÜNÜ QADAGANDIR:

  • saxta sənəd təqdim etmək;
  • imtahana mobil telefon, kalkulyator, xarici yaddaş qurğuları, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
  • yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
  • sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
  • nizam-intizam qaydalarını pozmaq;
  • zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
  • başqasının “Cavab kağızı”na, “Sual kitabçası”na baxmaq və ya öz “Cavab kağızı”na, “Sual kitabçası”na başqasının baxması üçün şərait yaratmaq;
  • nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
  • “Cavab kağızı”nı nəzarətçiyə təhvil vermədən imtahan otağını tərk etmək. 

Belə hallar aşkar olunarsa həmin tələbə xəbərdarlıq olunmadan imtahandan xaric olunacaq və onun imtahan nəticələri ləğv olunacaqdır. 

DİQQƏT! İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan tələbələr barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar.