SABAH QRUPLARI

2018/2019-cu tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsi/Nəticələr

2018/2019-cu tədris ili üzrə tələbə seçimi müsabiqəsinin nəticələrinə əsasən SABAH qruplarına seçilmiş tələbələr bu barədə məlumatı www.student.sabah.edu.az saytında yerləşən şəxsi kabinetlərindən əldə edə bilərlər.

SABAH qruplarına seçilmiş tələbələr 31 iyul 2018-ci il tarixinədək şəxsi kabinetə daxil olaraq müqavilə formasını təsdiqləməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməmiş tələbələr SABAH qruplarına qəbul olunmuş hesab edilmirlər.

Məlumat üçün bildiririk ki, 2018/2019-cu tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin nəticələrinə əsasən "İnfomasiya texnologiyaları", "Məktəbəqədər təlim və tərbiyə" "Kimya mühəndisliyi" (Azərbaycan bölməsi)  "Kompüter mühəndisliyi" (Azərbaycan bölməsi),"Biznesin idarə edilməsi" (Azərbaycan bölməsi)  üzrə müsabiqədə iştirak etmiş tələbələrin sayı yetərsay olmadığından həmin ixtisas və bölmə üzrə SABAH qrupları yaradılmamışdır.