SABAH QRUPLARI

2018/2019-cu tədris ili üzrə SABAH qruplarına tələbə seçimi imtahanının tarixi elan olunur!

Hörmətli tələbələr,

SABAH qruplarına 2018/2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin  birinci mərhələsi başa çatmışdır.

Məlumat üçün bildiririk ki, bu mərhələdə 30 ixtisas üzrə 1712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlamış, 1645 tələbənin ərizəsi təsdiqlənmiş, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilmişdir. Hər üç halda, tələbələr email vasitəsilə məlumatlandırılmışdırlar.

SABAH qruplarına 2018/2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı)

10 iyun 2018-ci il tarixində keçiriləcəkdir.

İmtahana buraxılış vərəqələrini 6 iyun tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetinizə daxil olaraq yükləyə və çap edə bilərsiniz.

DİQQƏT: Buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyən namizədlər imtahana buraxılmayacaqdırlar.