2020/2021-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsi açıq elan olunur.

   SABAHımız siz olun!

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar  üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

SABAH qruplarına tələbə seçimi müsabiqəsi qaydalarının 7.3 bəndinə əsasən namizədlərin qiymətləndirilməsi həm də ali təhsil müəssisələrinə qəbul balı əsasında aparıldığından yalnız  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər.

Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır.

Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur.

2020/2021-ci tədris ili üçün "SABAH qruplarına tələbələrin seçimi Qaydalar"ı ilə tanış  olmağınız tövsiyə olunur.

Hazırki ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat tarixi haqqında məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz.

 

 
          S/s                                                  Təhsil aldığınız ali təhsil müəssisəsi                                                                                                              

 Son qeydiyyat tarixi    

1 Azərbaycan Dövlət İqtisad Universiteti    18 iyun 2020
2 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 18 iyun 2020
3 Azərbaycan Dövlət Pedaqoji Universiteti 18 iyun 2020
4 Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 18 iyun 2020
5 Azərbaycan Memarlıq və İnşaat Universiteti 18 iyun 2020
6 Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 18 iyun 2020
7 Azərbaycan Texniki Universiteti 18 iyun 2020
8 Bakı Dövlət Universiteti 18 iyun 2020
9 Bakı Musiqi Akademiyası 18 iyun 2020
10 Bakı Mühəndislik Universiteti 18 iyun 2020
11 Azərbaycan Dövlət Pedaqoji Universiteti filialları (Şəki, Ağcabədi, Cəlilabad, Quba, Şamaxı) 18 iyun 2020
12 Azərbaycan Dillər Universiteti 18 iyun 2020
13 Azərbaycan Dövlət İqtisad Universiteti filialı (Zaqatala) 18 iyun 2020
14 Bakı Dövlət Universiteti filialı (Qazax) 18 iyun 2020
15 Bakı Slavyan Universiteti 17 iyun 2020
16 Sumqayıt Dövlət Universiteti 17 iyun 2020
17 Lənkəran Dövlət Universiteti 17 iyun 2020
18 Gəncə Dövlət Universiteti 17 iyun 2020
19 Azərbaycan Texnologiya Universiteti 17 iyun 2020
20 Mingəçevir Dövlət Universiteti 17 iyun 2020
21 Naxçıvan Dövlət Universiteti 17 iyun 2020
22 Naxçıvan Müəllimlər İnstitutu 17 iyun 2020
23 Azərbaycan Milli Konservatoriyası 17 iyun 2020

                              

ELEKTRON ƏRİZƏYƏ KEÇ