SABAH tələbələri üçün ekskursiya təşkil olunmuşdur.
TƏLƏBƏLƏR
08 Aprel 2025
SABAH qrupları Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının lll kurs tələbələri üçün “1920-1991-ci illər Azərbaycan ədəbiyyatı” fənninin tədrisi çərçivəsində SABAH qruplarının müəllimi Eşqanə Babayevanın rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Siyasi Repressiya Qurbanları muzeyinə ekskursiya təşkil olunmuşdur.
Muzeyin rəhbəri Mir Abas Məmmədov tərəfindən tələbələrə həmin dövrün siyasi təqibləri barədə ətraflı və faktlara əsaslanan məlumatlar verildi. Tələbələr muzeyin eksponatları və şəkilləri vasitəsilə həmin dövrün mənzərəsi ilə yaxından tanış oldular.
Muzeyin eksponatları, onların dərsdə qazandıqları nəzəri bilikləri canlı şəkildə tamamlayaraq repressiya dövrünün ədəbiyyata və cəmiyyətə təsirlərini daha aydın hiss etmələrinə şərait yaratmış oldu.