XƏBƏRLƏR

“COP 29 Davamlı Gələcək üçün İncəsənət” sərgisinin açılış mərasimi keçirilmişdir. 

TƏLƏBƏLƏR

06 Noyabr 2024

5 noyabr tarixində #COP29 və #SABAH qrupları layihəsinin 10 illiyinə həsr olunmuş İncəsənət sərgisinin açılış mərasimi keçirilmişdir. 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov əl işlərindən ibarət sərgini yüksək qiymətləndirmiş və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova çıxış edərək tədbirin COP29 ilə əlaqəsini vurğulamış və tədbirin təşkil olunmasında əməyi olan qurumlara, ali təhsil müəssisələrinə və tələbələrə təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, SABAH #İncəsənət Festivalı çərçivəsində keçirilən “COP 29 Davamlı Gələcək üçün İncəsənət” sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (#ADMİU) SABAH tələbələrinin təqdimatında M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukuni məşhur" komediyasının motivləri əsasında "Oyanış" bədii kompozisiyası nümayiş olunmuşdur. Bakı Musiqi Akademiyasının (#BMA) SABAH tələbələri və “SABAH” xoru klassik musiqi proqramı ilə çıxış etmişdir. Eləcə də, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (#AzMİU) SABAH qrupları tələbələrinin memarlıq layihələri və Azərbaycan Rəssamlıq Akademiyasının (#ARA) SABAH qrupları tələbələrinin bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, marketri, dekorativ rəngkarlıq və geyim dizaynı nümunələrinin nümayişi baş tutmuşdur. 
Tədbirdə eləcə də müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, müəllim və tələbələr, səfirlik nümayəndələri və xarici qonaqlar iştirak etmişdir.
Qeyd edək ki, sərgi 7 noyabradək davam edəcək.