SABAH tələbələrinin startap layihəsi qrant müsabiqəsinin qalibi oldu

     

SABAH tələbələrindən ibarət TechSOS komandası İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin innovativ həllər üzrə qalibi olub. Komanda üzvləri Aytac Ağabəyli (BDU, SABAH qrupları, Kompüter elmləri, IV kurs), Günay Abdullayeva (BDU, SABAH qrupları, Kompüter elmləri, IV kurs), Sənan Quluzadə (AzTU, Proseslərin avtomatlaşdırılması mühəndisliyi III kurs) insanın yıxılmasını təyin edən, məlumat və koordinatları əvvəlcədən təyin edilmiş insan(lara) göndərən TechSOS cihaz və mobil tətbiqin yaradılması ideyasının müəllifləridirlər. Xatırladaq ki, tələbələr TechSOS layihəsi ilə həmçinin Microsoft şirkətinin təşkil etdiyi İmagine Cup 2016 müsabiqəsinin milli finalının da qalibləridirlər. Növbəti addım olaraq, tələbələr cihaz və mobil tətbiqin prototipinin və istehsal prototipinin hazırlanması üzərində çalışırlar.