Yay məktəbi 2016/Yekun müsahibə

Hörmətli tələbələr,

London şəhərində keçiriləcək yay məktəbinə seçim üçün 25 iyun 2016-cı il tarixində keçirilmiş müsahibənin nəticələrinə əsasən, hər ali təhsil müəssisəsi üzrə yekun müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan saytından əldə edə bilərsiniz. 

Müsahibə 01.07.2016-cı il tarixində Təhsil Nazirliyində keçiriləcəkdir. 

Diqqətinizə çatdırırıq ki, yekun mərhələni uğurla başa vuran maksimum 10 SABAH tələbəsi Londonda keçiriləcək yay məktəbində iştirak haqqı qazanacaqdır.