UNEC SABAH tələbələri ümumrespublika inşa müsabiqəsinin qalibi olmuşdur.

"Gələcək Nəsillərlə Üz-Üzə" 6-ci Ümumrespublika İnşa Müsabiqəsi Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Təhsil Nazirliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyivə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə keçirilən layihədir.
Azərbaycan Futuroloqlar Cəmiyyəti Minilliyin Layihəsinin Azərbaycan Bölməsi kimi çıxış edir."Gələcək Nəsillərlə Üz-Üzə" Ümumrespublika İnşa Müsabiqəsinin hər il Azərbaycan məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmişdir. Ötən ildən etibarən, müsabiqədə universitet tələbələri (bakalavr) də iştirak edə bilərlər.
Müsabiqə Minilliyin Layihəsinin 15 Qlobal Çağırışları üzrə keçirilir. Belə inşa müsabiqəsi Minilliyin Layihəsinin bölmələri tərəfindən müxtəlif ölkələrdə keçirilir. Minilliyin Layihəsinin 15 Qlobal Çağırışları üzrə beynəlxalq inşa müsabiqəsi "Qlobal Minillik Prizi" adlanır.
UNEC 3-cü kurs SABAH tələbələri Mədinə Məmmədova (İqtisadiyyat ixtisası), Nəzrin Bayramova (Maliyyə ixtisası) isə layihədə 1ci yerə layiq görülüblər.