SABAH İNFOTURLARI

SABAH tələbələrinin dünyagörüşünün inkişafına və tədrisdənkənar fəaliyyətlərinin genişlənməsinə dəstək olmaq məqsədilə keçirilən infoturlar davam edir! Siz də gəzərək öyrənmək istəyirsinizsə bizə qoşulun! "Youth Inc." Biznes İnkubasiya Mərkəzi ilə tanışlıq zamanı siz:

-       "Youth Inc." Gənclərin Sahibkarlıq proqramının yaradılmasının məqsədi, missiyası və hazırkı fəaliyyəti,

-       "Youth Inc." proqramının cari layihələri,

-       "Youth Inc." Biznes İnkubasiya Mərkəzinin verdiyi imkanları və təklif etdiyi xidmətlər,

-       Biznes inkubatorlarının rolu,

-       İdeyadan qazanca keçidin yolları haqqında faydalı məlumat ala biləcəksiniz. 

Müasir İncəsənət Muzeyində çox maraqlı gəzinti zamanı siz:

-       Muzeyin yaranması və fəaliyyəti,

-       Daimi ekspozisiya,

-       Yeni sərgi eksponatları ilə tanış ola biləcəksiniz.  

"Youthİnc" Biznes İnkubasiya Mərkəzinə infotur 15 aprel 2016, saat 11:00-da keçiriləcəkdir.

Müasir İncəsənət Muzeyinə infotur 29 aprel 2016, saat 16:00-da keçiriləcəkdir.

Qeydiyyat üçün son tarix 13 aprel 2016-cı il, saat 14:00-dır. Yerlər məhduddur. Qeydiyyatdan ən tez keçənlərə üstünlük veriləcəkdir. Qeyd olmaq üçün klikləyin