SABAH qruplarında təhsil alan 3-cü və 4-cü kurs tələbələrin 2016/2017-ci tədris ilində SABAH yataqxanasında vakant yerlərlə təminatı haqqında

Hörmətli tələbələr,

2016/2017-ci tədris ilində 3-cü və 4-cü kurs tələbələrinin SABAH yataqxanasına yerləşdirilməsi üçün müəyyən olunmuş meyarlara əsasən, qeydiyyatdan keçmiş və sənədlərini təqdim etmiş 109 oğlan tələbə yataqxana ilə təmin olunmuşdur.

Müəyyən olunmuş meyarlara əsasən sənədlərini təqdim etmiş qız tələbələrin sayının və müraciətlərin çoxluğunu nəzərə alaraq vakant yerlərə həmin tələbələrin yerləşdirilməsi haqqında qərar verilmişdir. Yekun olaraq, meyarlar və təqdim edilmiş sənədlər əsasında 2016/2017-ci tədris ilində 3-cü və 4-cü kursda təhsil alan 62 qız tələbə SABAH yataqxanası ilə təmin olunmuşdur.

Vakant yerlər üzrə yerləşdirilmiş tələbələrin siyahısını buradan buradan əldə edə bilərsiniz. 

2016/2017-ci tədris ili üçün tələbələrin yataqxana ilə təmin olunması başa çatdırılmışdır.