SABAH Qruplarına 2019-2020 -ci tədris ilinin Payız semestrinə müəllim qəbulu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2019/2020–ci tədris ilinin Payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar.

Öhdəliklər

  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;
  • ATM-lərin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi.

Namizədə Tələblər

  1. Əlaqədar sahədə ən aşağı Magistr dərəcəsi olan;
  2. İKT və sahə bilikləri yüksək səviyyədə olan;
  3. İnnovativ tədris metodikalarından istifadə edə bilən;
  4. Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;
  5. Dinamik, pozitiv və ünsiyyətcil.

Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurmaq xahiş olunur.

Seçim zamanı müvafiq sahə üzrə ali tədris təcrübəsi olan, Fəlsəfə doktoru/Elmlər doktroru və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd 2 fənnə qədər seçə bilər.

Fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz.  

Müraciət etmək üçün  "Müraciət forması" doldurmağınız tələb olunur.       

Son müraciət tarixi: 30 iyun  2019-cu il