“SABAH”-ın səfirlərindən örnək addım

 Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər III kurs SABAH qrupu tələbəsi Nigar Nuriyeva maraqlı bir layihəyə imza atıb. 26 mart tarixində o tələbə yoldaşı ilə ( BDU-nun Beynəlxalq Münasibətlər III kurs SABAH qrupu tələbəsi Gülşən Sultanlı)  Quba rayonunun Xanəgah kəndində təhsil alan  məktəblilər üçün  onların əldə etməyə çətinlik çəkdiyi tədris vasitələrini  toplayaraq məktəblilərə təqdim etmək üçün bir araya gəldilər . Qeyd edək ki, bu layihə zamanı 400-ə yaxın kitab, test, abituriyentlər üçün hazırlıq kitabları Xanagah məktəbliləri üçün tələbələr tərəfindən qısa müddətdə yığılıb.Layihənin həyata keçirilməkdə əsas məsədinin potensiallı lakin maddı sıxıntılar səbəbiylə təhsil prosesində çətinliklər yaşayan məktəblilələrə dəstək olmaq olduğunu  bildirən tədbirin təşkilatçılarından olan Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər III kurs SABAH qrupu tələbəsi Gülşən Sultanlı bildirib ki, məktəbli ikən eyni çətinliklərlə o  özü də qarşılaşdığı üçün bu layihədə tələbə yoldaşına dəstək göstərməyi özünə borc bilib. Layihəyəyə sosial şəbəkələr vasitəsiylə dəstək toplayan tələbələr qısa müddətdə lazimi tədris materialları toplayıb Xanagah məktəblilərinə bu vəsaitləri təqdim ediblər. Nigar düşünür ki, bu layihə vasitəsiylə gələcəkdə tələbə adını qazanıb ölkəmizin tarixində böyük rol oynaya biləcək uşaqlara dəstək olmaq hər bir azərbaycanlının vəzifəsidir. Məhz elə buna görə də layihənin rəhbəri və təşkilatçısı  Nigar Nuriyeva və təşkilatçısı Gülşən Sultanlı  bu layihənin davamlı olacağını bildirərək gələcəkdə də yardıma ehtiyacı olan məktəblilər üçün bu addımlarını təkrarlayacaqlarını bildiriblər. Məhz bu tip layihələri davamlı olaraq həyata keçirmək üçün Nigar instagram sosial şəbəkəsində Charity who needs help səhifəsi vasitəylə bu xeyirxah layihəyə dəstək olacaq olmaq istəyən insanları bir araya toplamağı düşünür. Əgər siz də gələcəyimizə dəstək  olmaq istəyirsinizsə onlar sizi öz aralarında gözləyirlər. Biz də bu  addıma dəstək olan hər bir kəsə öz təşəkkürümüzü bildirir və gələcək layihələrində uğurlar arzulayırıq.