SABAH qrupları 2016/2017 tədris ili üçün müəllim qəbulunu açıq elan edir.

SABAH-ın müəllimi olun, SABAH-ımızın tələbələrini siz hazırlayın!

Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qruplarında 2016-2017-ci tədris ilinin yaz və payız semestrində tədrisi aparmaq məqsədilə müəllimlərin qəbulunu açıq elan edir. İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən və ali təhsilli (minimum magistr dərəcəsi) namizədlər müsabiqədə iştirak edə bilər. Universitet, dövlət sektoru və biznes sahəsində çalışan mütəxəssislər müsabiqədə iştirak etmək üçün dəvət olunurlar.

Müsabiqədə iştirak etmək üçün müraciət etdiyiniz fənnin adını siyahıdan seçərək qeydiyyat formasına əlavə etməyiniz və qeydiyyat formasını tam doldurmağınız xahiş olunur.

Birinci seçim mərhələsi üçün son müraciət tarixi 30 aprel.

Müraciət formasını doldurmazdan əvvəl bu video təlimatla tanış olmağınız tövsiyə olunur -> video təlimat

Əlaqə üçün: hr@sabah.edu.az