"BİLİK YARIŞLARI"nın FİNAL mərhələsi elan olunur

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları (İT) ixtisasları üzrə final mərhələsi müvafiq olaraq 16, 18 və 20 aprel 2018-ci il tarixində keçiriləcək.

Hər bir ixtisas üzrə Final mərhələsi aşağıdakı qaydada təşkil olunur:

11:30-12:00 - Kofe/cay fasiləsi;

12:00-12:30 - Mükafatlandırma;

12:30-13:00 - Finala hazırlıq;

13:00-15:00 - Final yarışı

Finalda eyni nəticə göstərən iştirakçılara əlavə suallar təqdim ediləcək.

Bilik yarışlarının müvafiq ixtisaslar üzrə Final mərhələsinin keçiriləcəyi tarix və yer:

- Riyaziyyat üzrə Bilik Yarışmas: 16.04.2018 tarixində, Bakı Dövlət Universitetinin əsas binasında (Akademik Zahid Xəlilov küçəsi 23);

- Müəllimlik üzrə Bilik Yarışması: 18.04.2018 tarixində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında (Üzeyir Hacıbəyli küçəsi 68);

- İnformasiya Texnoloyaları (İT) üzrə Bilik Yarışması: 20.04.2018 tarixində, Azərbaycan Texniki Universitetinin I-ci korpusunda (Hüseyn Cavid prospekti 25).