Bakı Dövlət Universitetinin SABAH tələbəsi Erasmus+ tələbə mübadiləsi proqramında uğurla iştirak etmişdir

Bakı Dövlət Universitetinin SABAH tələbəsi Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və  Belçika Türk Dərnəkləri Birliyi-nin birgə layihəsi olan Erasmus+ (Research,travel and develop yourself) tələbə mübadiləsi proqramında uğurla iştirak etmişdır. Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan  III kurs tələbəsi Nərgiz Qarayeva SABAH “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi” və  “Belçika Türk Dərnəkləri Birliyi”nin birgə layihəsi olan Erasmus+ (Research,travel and develop yourself) tələbə mübadiləsi proqramında 28/10/2016/-03/11/2016 iştirak etmişdır. Proqram Belçikanın paytaxt şəhəri Brüssel, Antwerpen, Gent, Genk, Hasselt, Beringen şəhərlərində keçirilmişdir. Proqram boyunca tələbələr multikultiralizmlə bağlı müzakirələrdə iştirak etmişlər. Türksoylu natiq və uğurlu kariyera sahibləri Alderman Ali Caglar, Emir Kir , tarixçi Tina De Ghent ilə öyrənmə ərəfəsində müsbət və mənfi təcrübə, Türklərin Belçikaya gəlmə tarixləri haqqında söhbətlər aparılmışdır.  Tələbələr   Be Mine muzeyini,  Yunus Emre  camisini, məşhur meydan və kilsələri, Avropanın siyasi mərkəz şəhəri Brüsseldə Federal Parlamenti( European Parliament), Avropa Komissiyasını( European Commission) ,  Manneken Pis heykəlini,  Grand Place meydanını, Atomiumu, St. Michael ve St. Gudula Katedralını, Kraliyyət sarayını( Palace Royal) Cinquantenaire Parkını, Autoworldü, Antverpen limanını, Grotte Marktı, bələdiyə binasını, “ Loncalar Evi”ni, Esko Nehrini, ÖLV Katedralını, “Het Steen” şatosunu ziyarət etmişlər. Federal Parlamentin iş sistemi ilə tanışlıq, Avropa Komissyasında  Simon Pascoenın təlimində iştirak etmiş, komissyanın sturukturu ilə tanış olmuşlar. Bir həftəlik proqram sonunda tələbələr Avropa Komissyası tərəfindən təsdiqlənmiş, Erasmus+ ( YOUTH EXCHANGES) sertifkatı və hədiyələr almışdır.