Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri Qafqaz Universitetində keçirilən “VIII Beynəlxalq Gənclik və Multikulturalizm” festivalında iştirak ediblər.

Qafqaz Universitetində tələbələr tərəfindən hazırlanmış və ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş VIII Beynəlxalq Gənclik və Multikulturalizm festivalı keçirildi. Tədbirdə 24 ölkənin səfirləri və səfirliklərin nümayəndələri iştirak edirdi. Tədbirdə universitetdə təhsil alan 24 ölkənin tələbələri milli mətbəxini, geyimini, adət-ənənələrini, musiqi və rəqslərini nümayiş etdirdilər. Bakı Dövlət Universitetinin  Cografiya ixtisasının III kurs SABAH qrup tələbəsi  Yeganə İbadlı bu festivalda xüsusi aktivlik göstərərək Özbəkistan Respublikasının mətbəxini, geyimini, musiqi və rəqslərini nümayiş etdirmişdir.