Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri “MƏNİM ELMDƏ İLK ADDIMLARIM” tələbə elmi konfransında iştirak ediblər

Bakı Dövlət Universitetində Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə fakültənin bakalavr pilləsində təhsil alan tələbələrin “MƏNİM ELMDƏ İLK ADDIMLARIM” adında I elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə BDU-nun rektoru akademik A.Məhərrəmov açmışdır. O, Bakı Dövlət Universitetinin və Fizika fakültəsinin tarixindən, belə konfransın keçirilməsinin əhəmiyyətindən, gələcəkdə yaxşı alim kimi formlşmaq üçün bakalavr səviyyəsində elmi tədqiqatla məşğul olmağın vacibliyindən danışmış, konfrans iştirakçılarına uğurlar arzulamışdır.Rektor konfransda həm də “SABAH” qruplarından 16 nəfər tələbənin də iştirak etdiyini xüsusilə qeyd etmiş, fakültə Tələbə Elmi Cəmiyyətinin və TEC-in sədri, “SABAH” qruplarının müəllimi f.r.e.n. A.O.Daşdəmirovun bu konfransın təşkilindəki və keşirilməsindəki fəaliyyətini vurğulamışdır.Sonra konfran öz işini bölmələrdə davam etdirmişdir.Bölmələrdə  “SABAH”-ın “Fizika müəllimliyi” ixtisasında təhsil alan II və III kurs tələbələri də  öz məruzələri ilə çıxış etmişlər.