Azerəbaycan Dövlət İqtisad Universitetində Sabah qruplarının tələbələrinə ACCA kvalifikasiyanın karyeradakı rolu haqqında ətraflı məlumat verilmişdir.

Karyeranızda dəstək üçün ACCA kvalifikasiyanın əhəmiyyəti

12 aprel 2016-cı ildə tarixində gənclərin peşəkar karyerasına dəstək olması ilə bağlı Azerəbaycan Dövlət İqtisad Universitetinin Heydər Əliyev Mərkəzində Azərbaycanın aparıcı təlim mərkəzi Headstart International və qlobal maliyyə kvalifikasiyası olan ACCA Ukraynanın təmsilçiliyi ilə təqdimat baş tutmuşdur. Tədbirdə Headstart International təlim mərkəzinin təsisçisi Syed Ali müəllim və ACCA Ukraynanın rəsmi təmsilçisi Elena Naumenko çıxış etmişdir. Çıxış zamanı “Sabah Group” tələbələrinə ACCA kvalifikasiyanın karyeradakı rolu haqqında ətraflı məlumat verilmişdir.Bununla yanaşı, təqdimat zamanı ACCA haqqında video çarx izlənilmişdir və tələbələrin sualları cavablandırılmışdır. Məlumat üçün bildirmək istərdik ki, ACCA peşəkar mühasibatların qlobal orqanı olaraq 162000 üzv və 428000 tələbə sayına malikdir. ACCA kvalifikasiyaları dünyada mövcud olan bir çox əsas idarəedici institutlar və təhsil müəssisələri  tərəfindən tanınır və başqa beynəlxalq mühasibatlıq orqanları ilə ortaq üzvlüyü var. Headstart International ACCA-ın qızıl statuslu partnyorudur və bir çox peşəkar təlimlərin tədrisində peşəkar təlim mərkəzidir.