Azərbaycan Texniki Universitetində İT təcrübə proqramı layihəsi ilə bağlı tələbələrlə görüş keçirilmişdir

Azərbaycan Texniki Uiversitetində informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni nəsil iş yerlərinə məxsus tələblərə cavab verən gənc peşakarlara dəstək vermək məqsədilə Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Kompüter elmləri və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri ilə görüş keçirilmişdir.

Görüşdə SABAH  qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Təhsilin informasiyalaşdırılması idarəsinin şöbə rəisi Vüsal Xanlarov, Microsoft şirkətinin nümayəndəsi Emin Axundov iştirak edərək layihənin məqsədi, əsas istiqamətləri və mərhələləri haqqında çıxış etmişlər. Tələbələrin çoxsaylı sualları cavablandırılmışdır.