Azərbaycan Texni Universitetinin SABAH qruplarının tələbələri Mehdiabad Efirə Radionəzarət Manitorinq mərkəzində.

Azərbaycan Texniki Universitetinin SABAH qruplarının “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tələbələri prof. İsa Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikası Rabirə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, Mehdiabad Efirə Radionəzarət Manitorinq Mərkəzində olmuşlar. İdarənin mühəndis kollektivi  SABAH tələbələrini iş prosesi ilə yaxından tanış etmişlər. Sahə gərginliyinin ölçülməsi, radiopelenqasiya, mobil rabitə sistemlərində maneələrin təyin olunması, regionda televiziya yayımının keyfiyyətinə əks rabitə kanalı ilə nəzarət olunması və s. kimi məsələlər texniki baxımdan tədqiq olunmuşdur.