Açıq dərslər davam edir

Bu dəfəki açıq dərsin mövzusu Marketinqdir.


Rafiq Hunaltay

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil almışam.2008-2010-cu illər isə eyni universitetin magist pilləsini yenə Marketinq ixtisası üzrə bitirmişəm.Daha sonra 2010-2012-ci illərdə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve  Tanıtım bölümünü bitirmişəm.2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuşam, dissertantam. Hazırda Gilan Holdqinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışıram.  http://marketermeherrem.com/

Anar Bayramov 

2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda təhsil almışam. 2008-2010-cu illərdə İqtisad Universitetində magistr dərəcəsi almışam.2015-ci ilin iyul ayından DəmirBank ASC-nin Marketinq Departamentinin Direktoruyam.İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq üzrə mühazirələr keçirəm.Marketing AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisiyəm.Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biriyəm.“Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) kitablarının müəllifiyəm. http://anarbayramov.com/about/

Manafov İlkin

Mingəçevir Politexnik İnstitutunda (Universitetində) təhsil almışam. Marketinq sahəsində iqtisad elmləri namizədiyəm (indiki sistemlə fəlsəfə elmləri doktoru və ya PhD of Marketing). DAAD (Alman akademik mubadile merkezi) stipendiyası ilə Almaniyada ixtisas artırma kursları keçmişəm, Moskva şəhərində İnnovativ Marketinq ixtisası üzrə MBA bitirmişəm.Müxtəlif sektorlarda fəaliyyət göstərən beynalxalg şirkətlərdə ixtisas artırma proqramlarında olmuşam. Marketinq, Satış və Biznesin idarəedilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifiyəm. Amerika Marketing Assosasiyasının üzvüyəm.Hal-hazırda mən biznesin inkişafı, satış və marketinq üzrə konsaltinq xidmətləri göstərirəm, həmçinin German Studio şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibiyəm, Embawood, Madeyra və Belissa mebel, bir neçə məişət texnikası brendlərinin bölgə dileriyəm. http://www.ilkinmanafov.com/haqqimda/