SABAH QRUPLARI

2018/2019-cu tədris ili/ III və IV kurs SABAH tələbələrinin yataqxana qeydiyyatı

SABAH qruplarında təhsil alan III və IV kurs tələbələrinin nəzərinə!

Hörmətli tələbələr,2018/2019-cu tədris ilində SABAH yataqxanası ilə təmin olunmaqla bağlı aşağıdakı məlumatla tanış olmağınız xahiş olunur.Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri bu qruplarda təhsil aldıqları dövr ərzində yataqxanada yerləşdirilə bilərlər.

Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük verilir.

Yataqxana ilə təmin olunma aşağıdakı meyarların göstərilən ardıcıllığına əsasən aparılır.

YATAQXANAYA QEYDIYYAT ÜÇÜN UYĞUNLUQ MEYARLARI

1. Valideynlərindən birini və ya hər ikisini itirmiş, valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr, o cümlədən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin övladları, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşların övladları;

2. Qaçqın və ya məcburi köçkün olan tələbələr və ya həmin ailələrin övladları;

3. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən (I və II qrup) əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilən vətəndaşların övladları;

4. Müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının övladları;

5. Hər iki valideyni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınmış tələbələr;

6. 3 və daha çox uşağı olan ailələrin övladları;

7. SABAH qruplarında təhsil ilə əlaqəli olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində yerləşən ali təhsil müəssisələrindən SABAH baza ali təhsil müəssisələrinə köçürülmüş tələbələr;

 

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Meyarların əsası olaraq tələb olunan sənədlər (surətləri) aşağıdakılardır (meyarların nömrələndiyi qaydada)

Şəxsiyyət vəsiqəsinin surəti bütün hallarda təqdim olunmalıdır.

1. Ölüm və ya boşanma haqqında şəhadətnamə, müvafiq statusu göstərən vəsiqə, (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

2. Vəsiqə (Qaçqın və ya Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

3. Vəsiqə və ya arayış (ƏƏSMN yanına tibbi-sosial ekspertiza komissiyası tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

4. Vəsiqə (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

5. Arayış (ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi

6. Ailə tərkibi haqqında yaşayış yerindən arayış 

7. Sənəd tələb olunmur

 

Tələbələrin yataqxanaya qeydiyyatı elektron müraciət formasının doldurulması və uyğun sənədlərin təqdim olunması əsasında aparılacaqdır.

Elektron müraciət formasının doldurulması üçün son tarix 16 avqust 2018-ci ildir.

2017/2018-ci tədris ilində yataqxana ilə təmin olunmaq üçün seçilmiş meyara uyğun sənədləri (surəti) təqdim etmiş tələbələrdən təkrarən sənəd tələb olunmayacaqdır.

Digər tələbələr seçilmiş meyara uyğun sənədlərini 21-24 avqust 2018-ci il tarixləri arasında email vasitəsilə və ya birbaşa təqdim etməlidirlər:

- Sənədləri (surəti) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə təqdim etmək (saat 15:00 – 17:00 arasında)

- Sənədi aydın şəkildə skan olunmuş formada “Yataqxanaya Müraciət” başlığı altında student@sabah.edu.az ünvanına göndərmək. Aydın şəkildə skan olunmamış sənədlər qəbul edilməyəcəkdir.

Qeydiyyat linki: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=L5ZinzvtdE-vcETFx2T9pNYuvroEmqlKh50H2UOcXKVURUsyVU9OQ0o3NEVKRUkzRFEwQzdYRk9FUi4u