2016/2017–ci tədris ilinin yaz semestri üçün SABAH qruplarına müəllim qəbulu başladı!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2016/2017–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar. Fənnlərin siyahısını buradan yükləyə bilərsiniz.

Öhdəliklər

  •  Kurs sillabusunun hazırlanması;
  •  Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  •  Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;

Namizədə Tələblər

  •  Əlaqədar sahədə Fəlsəfə Doktoru və ya Magistr dərəcəsi olan;
  •  İKT və sahə bilikləri yüksək səviyyədə olan;
  •  İnnovativ tədris metodikalarından istifadə edə bilən;
  •  Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;
  •  Dinamik, pozitiv və ünsiyyətcil;

Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurub, fənn üzrə sillabus, diplom və sertifikatların kopiyasını hr@sabah.edu.az ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ali tədris təcrübəsi olan, PhD və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciətdə 3 fənnə qədər seçə bilərlər.

Son müraciət tarixi: 26 yanvar 2017, saat 18:00