2016/2017-ci tədris ili APTİS imtahanı

2016/2017-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş tələbələrin nəzərinə!

SABAH tələbələrinin ingilis dili səviyyəsinin müəyyənləşdirilməsi və müvafiq dil səviyyələri üzrə fənn qruplarının formalaşdırılması üçün 18 sentyabr 2016-cı il tarixində APTİS imtahanı keçiriləcəkdir. Hər bir tələbənin imtahanda iştirakı mütləqdir. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda (İstiqlaliyyət küç.6) keçiriləcəkdir.

Ali təhsil müəssisələri və ixtisaslar üzrə müəyyən olunmuş imtahan cədvəlini buradan əldə edə bilərsiniz.

Diqqət!

-İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu təqdim olunmalıdır. Tələbə bileti qəbul olunmur.

-İmtahana başlanma vaxtından 45 dəqiqə əvvəl gəlmək lazımdır.

-İmtahanda köməkçi vasitələr, mobil telefon və ya digər elektron cihazlardan istifadə etmək qadağandır.